Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Avtomobillərin texniki baxışı ilə bağlı 20 günlük güzəşt müddətinin ləğv edilməsi barədə məlumatlar sürücülər arasında suallar yaradıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, texniki baxışla bağlı 20 günlük güzəşt müddətinin ləğv edilməsi barədə yayılan məlumatlar sürücülər arasında çaşqınlıq yaradıb. Qanunvericilikdə nəzərdə tutulan 20 günlük müddət ləğv olunmayıb və hazırda qüvvədədir.
Onun sözlərinə görə, avtomobilin texniki baxış müddəti bitdikdən sonra sürücüyə qanunvericilikdə nəzərdə tutulan 20 günlük müddət ərzində nəqliyyat vasitəsini təkrar texniki baxışdan keçirmək imkanı verilir.
“Həmin müddət ərzində sürücüyə texniki baxışın vaxtında keçirilməməsinə görə cərimə tətbiq edilə bilməz. Ona görə də sürücülər arasında bu müddətin tamamilə ləğv edilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil. Qanunvericilikdəki 20 günlük müddət qüvvədə qalır. Sürücülərə tövsiyə olunur ki, texniki baxışın vaxtını izləsinlər və nəzərdə tutulan müddət ərzində avtomobillərini texniki baxışdan keçirsinlər”.
Fatimə
bax.tvhttps://player.bax.tv/embed/227857.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler