“Texniki səhv” deyib sakitcə üstündən keçmək doğru deyil” Osman Gündüz | Icma.az
Icma.az, Sitat.info portalına istinadən məlumat verir. “Bunkerdə süni intellekt həllərin tətbiqi üçün zaman yetişib.
Dövlət İmtahan Mərkəzi ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda texniki səhvə yol verildiyini açıqlayıb.
Mərkəz bildirib ki, müvafiq sual düzgün cavablandırılmış kimi qəbul ediləcək. Əslində, bu, təəccüblü deyil”.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşımda bildirib.
Onun sözlərinə görə, son illərdə, demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır: “Bir neçə gün öncə keçirilən imtahanlarda da tarix fənni üzrə problemin olduğu bildirilirdi.
Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur.
Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən əvvəl də yoxlanılır.
Amma imtahan günü bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır.
Tam oxu
Xəbəri oxu