Texnologiya ilə təhsilin kəsişməsi: Robot müəllimlər

21.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərədə məktəbə getməkdən narahatlıq və təşviş yaşayan şagirdlər dərslərə evdən robot vasitəsilə qoşulurlar.

“Cebheinfo.az” xəbər verir ki, ölkədə bələdiyyələr güclü psixoloji narahatlıq səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsildən geri qalmaması üçün minlərlə AV1 robotu alıb.

Təxminən 3 500 funt-sterlinq dəyərində olan bu robot şagirdin sinifdəki partasına yerləşdirilir.

Kamera, mikrofon və dinamik vasitəsilə uşaq evdən sinfi görə, müəllimini və sinif yoldaşlarını eşidə, həmçinin onlarla danışa bilir.

Hazırda İngiltərədə 2 mindən çox AV1 robotundan istifadə olunur.

Sistem əsasən məktəbə getməkdən təşvişə bağlı yayınma sindromu (EBSA) yaşayan uşaqlar üçün nəzərdə tutulub.

Şagird mobil tətbiq vasitəsilə robotun başını 360 dərəcə fırlada bilir.

"Pıçıltı rejimi” isə ona yanındakı sinif yoldaşı ilə başqaları eşitmədən ünsiyyət qurmağa imkan verir.

Kamera yalnız bir istiqamətdə işləyir: uşaq sinfi görür, lakin özü görüntülənmir.

Norveçin “No Isolation” şirkəti AV1 robotunu ilk olaraq uzun müddət xəstəxanada müalicə alan uşaqlar üçün hazırlamışdı.

2019-cu ildən bəri İngiltərədə ən azı 80 bələdiyyə bu sistemi tətbiq edib.

Son altı ildə ölkədə ciddi davamiyyətsizlik problemi və sosial-emosional dəstəyə ehtiyacı olan şagirdlərin sayı 225 faiz artıb.

Bu il AV1 istifadə edən şagirdlərin 76 faizi yenidən məktəbə qayıdıb.

Qeyd edək ki, ABŞ-nin Nyu-York ştatının Salamanka şəhərində “Sally” adlı süni intellektlə işləyən robot da robototexnika dərslərində müəllim köməkçisi kimi sınaqdan keçirilir.

Əfsanə 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью