Yeniavaz saytına istinadən Icma.az xəbər verir. Məlum olduğu kimi, Azərbaycanda “zerkalnı” dediyimiz eynirəqəmli, cütrəqəmli və ya “güzgü ef
Yeniavaz.com xəbər verir ki, bu cür telefon nömrələrinin qiyməti bir çox hallarda minlərlə manat təşkil edir.
Qeyd edək ki, bəzi hallarda mobil nömrə “zerkalnı” olmsa belə, nömrənin qarşısındakı 3 rəqəmli mobil operator kodları (050, 055, 070 və s.), həmçinin nömrənin ilk 3 rəqəmi (210,211 və s.) qiymətlərin formalaşmasına ciddi təsir edir.
Bu cür nömrələr adətən “prestijli nömrə” və ya “VIP nömrə” kimi təqdim olunur.
Məlumdur ki, yadda qalması asan olan “zerkalnı” nömrələr daha çox kommersiya məqsədi ilə alınır.
Reklam psixologiyasına görə, insan beyni ritmik və təkrarlanan rəqəmləri daha tez mənimsəyir.
Eyni zamanda bu cür nömrələr məhdud sayda olduğu üçün tələb yüksək olur.
Belə nömrələr prestij və status göstəricisi hesab edildiyi üçün əsasən şirkətlər, varlı insanlar, ictimai şəxslər və status göstəricisinə önəm verən digər istifadəçilər tərəfindən seçilir.