525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Təxminən 8-10 il sonra bir çox ixtisaslar var ki,onlar tamamilə aktuallığını itirəcək və sıradan çıxacaq.
Bu ixtisaslar üzrə təhsil alanlar üçün də əmək bazarında yer olmayacaq.
Elektronlaşma prosesi sürətlə getdiyi üçün gələcəkdə bank sektorunda operator və kassir kimi vəzifələr ləğv ediləcək.
Bir sözlə texnologiyanın insanı əvəz edə biləcəyi sahələr sıradan çıxacaq”. Bunu təhsil eksperti Elçin Əfəndi söyləyib.
O qeyd edib ki, gələcəkdə yalnız yaradıcı düşüncə və insani yanaşma tələb edən sahələr mövcudluğunu qoruyub saxlayacaq: “İxtisas seçərkən həm onun gələcəkdəki aktuallığını həm dı əmək bazarında həmin sahəyə olan tələbatı nəzərə almaq olduqca vacibdir.
Hazırda informasiya texnologiyaları, tibb, maliyyə, logistika kimi sahələrdə yüksək tələbat var. Ancaq bu, hər zaman dəyişə bilər.
Bunu unutmamaq lazımdır. Ona görə də trendləri izləmək və ona uyğun qərar vermək önəmlidir.