Teyani Reynders “Mançester Siti”dən ayrıldı

19.08.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Teyani Reynders İngiltərə klubundan ayrılaraq “Əl-Qadisiyah”a keçib.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün təxminən 60 milyon avro (116 milyon AZN) ödəyəcək.

Reynders keçiddən sonra “Mançester Siti”nin rəsmi saytına açıqlamasında İngiltərə klubunda keçirdiyi dövrü yüksək qiymətləndirib:

“Mançester Siti”də oynadığım üçün inanılmaz dərəcədə şanslıyam və burada keçirdiyim hər dəqiqədən zövq aldım. Gəldiyim ilk andan klubdakı hər kəs – futbolçular, məşqçilər və əməkdaşlar məni çox isti qarşıladı və “Mançester Siti” ailəsinin bir üzvü kimi qəbul etdi.

Həmçinin mənə və ailəmə isti münasibət göstərən, bizi dəstəkləyən “Siti” azarkeşlərinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Ötən mövsüm iki belə xüsusi kubok qazanan komandanın bir hissəsi olmaq inanılmaz təcrübə və nailiyyət idi. Bunu həmişə dəyərləndirəcəyəm. Bəlkə də gedirəm, amma “Mançester Siti” həmişə ürəyimdə xüsusi yer tutacaq”.

28 yaşlı niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью