Teylor Svift bu il ən çox dinlənilən sənətçi olub

05.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Spotify” 2024-cü ilin nəticələrini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məşhur amerikalı müğənni Teylor Svift bu il ən çox dinlənilən sənətçi olub. Onun mahnıları musiqi platformasında 26,6 milyarddan çox dinlənilib. Qeyd edək ki, bu, müğənninin ardıcıl ikinci dəfə qazandığı uğurdur.

Xatırladaq ki, bu il T.Svift 1,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadın musiqiçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью