Teylor Svift məşhur filmin yeni versiyasında çəkiləcək

21.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Dünya şöhrətli müğənni Teylor Sviftin kinematoqrafiyaya iddialı gəlişi gözlənilir.

Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Svift 1992-ci ildə ekranlara çıxmış "Bodyguard" ("Cangüdən") filminin yeni versiyasında baş rolu canlandıracaq.

Filmin orijinal versiyasında əfsanəvi müğənni Uitni Hyustonun baş rolu oynadığı film dünya miqyasında böyük əks-səda doğurmuşdu.

Filmdə Sviftin tərəf müqabili qismində Bred Pitt, Ben Afflek və ya Tom Kruz kimi Hollivud ulduzlarının nəzərdən keçirildiyi bildirilir. Lakin indiyə qədər heç bir rəsmi açıqlama verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью