Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Teylor Svift 2026-cı il MTV Video Music Awards mərasimində ilk dəfə təqdim olunacaq "Artist Director Honors" mükafatının sahibi olacaq.
AP-nin məlumatına görə, yeni mükafat musiqiçilərin kliplərin rejissorluğuna və vizual hekayəçiliyin inkişafına verdiyi töhfəni qiymətləndirmək məqsədi daşıyır.
Müğənni uzun illərdir mahnılarının vizual dünyasının formalaşmasında fəal iştirak edir. Onun rejissorluq etdiyi layihələr arasında “The Man”, “cardigan”, “willow”, “All Too Well: The Short Film”, “Anti-Hero” və digər işlər var.
2026-cı il MTV VMA mərasimi sentyabrın 27-də Los-Ancelesdə keçiriləcək.
Hazırladı:
Səadət Rzayeva
XQ