Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Müğənni Teylor Sviftlə amerikalı futbolçu Trevis Kelsinin toy mərasimi ABŞ-də solçu siyasətçilər və şərhçilər tərəfindən sərt tənqid edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Məlumata görə, sol baxışlı siyasətçilər və ictimai fəallar mərasimi milyarderlərin dəbdəbəsinin nümayişi və bayram günlərində Nyu-York sakinlərinin gündəlik həyatını pozduğu üçün tənqid ediblər.
Amerikalı strimer və solçu siyasi şərhçi Həsən Payker toyu "zövqsüz" adlandırıb.
"Bu, bir daha göstərir ki, insanların səni nə qədər sevməsinin fərqi yoxdur. Əgər milyardersənsə, yenə də milyardersən və milyarderlərə xas davranışlar sərgiləyəcəksən", – deyə o bildirib.
Sosialist Emma Vigeland isə Svifti "milyarder psixopat" adlandırıb.
Xədicə BAXIŞLI