Teymur Məmmədov işindən ayrıldı

28.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Teymur Məmmədov şirkətdən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Teymur Məmmədov 2019-cu ilin fevralında “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri təyin edilib. O, bu vəzifədə Zaur Axundovu əvəz edib.

“İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 14,77 milyon manatdır. Səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью