Teymur Musayev COP29da “TikTok”un vitseprezidenti ilə GÖRÜŞDÜ

19.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı “TikTok” platformasının davamlı olaraq qlobal icması arasında davamlılıq mövzusunda məlumatlılığı artırmaq və iqlim savadlılığını yüksəltmək öhdəliyinə sadiq olduğu qeyd edilib.
Bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin bir hissəsi olaraq və Azərbaycanda keçirilən COP29 konfransı çərçivəsində “TikTok” #ClimateAction 2024 kampaniyasına start verib.
Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью