Teymur Rəcəbov dünya reytinqində geriləyib

01.07.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dünya Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə üç pillə irəliləyib.

Hazırda 2 746 xala malik 40 yaşlı qrosmeyster 11-ci pillədə qərarlaşıb.

2 692 xalı olan Teymur Rəcəbov bir pillə geriləyib. O, 38-cidir.

Üç pillə irəliləyən Rauf Məmmədov 2 659 xalla 65-ci, 100-lüyə daxil olan Eltac Səfərli 2 630 xalla 100-cüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью