Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov məşqçilik fəaliyyətinə başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə 38 yaşlı qrossmeyster "Sport-Ekspress" nəşrinə müsahibəsində bildirib.
Müxbirin məşqçilik işi ilə bağlı sualına idmançı belə cavab verib:
"Bəli, Azərbaycanın gənc istedadları ilə, millimizlə işləyirəm. Həmçinin, mən Ley Tinszeyə də kömək edirəm. Odur ki şagirdlər həqiqətən də mənim çox vaxtımı alırlar", - deyə Rəcəbov qeyd edib./Oxu.az