Teymur Rəcəbov məşqçiliyə başladı

26.05.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov məşqçiliyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı qrossmeyster “Sport-Ekspress”ə müsahibəsində bildirib.

O, Azərbaycan millisinin gənc istedadları üzərində çalışdığını bildirib.

Rəcəbov 28 yaşlı çinli qadın şahmatçı Ley Tintseyə də kömək etdiyini xatırladıb.

“Şagirdlərim həqiqətən də vaxtımın çox hissəsini alırlar”, – deyə məşhur şahmatçı vurğulayıb.

Qeyd edək ki, Teymur Rəcəbov 31 yanvar – 15 fevralda keçirilmiş Azərbaycan çempionatında mübarizə aparıb. O, 4-cü yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью