Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Teymur Rəcəbov səhhətində yaranan problemə görə şahmat üzrə Azərbaycan çempionatında mübarizəni davam etdirməyəcək.
Azərbaycan Şahmat Federasiyasından Ölkə.Az-a verilən məlumata görə, bununla bağlı o, yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
37 yaşlı qrossmeyster sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini və bunun üzrlü hesab edilməsini bildirib.