Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq

11.02.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov dünən qara fiqurlarla Misrəddin İsgəndərovu məğlub edib.
İndi finala çıxmaq üçün tanınmış şahmatçını heç-heçə də qane edir.
Digər yarımfinal cütlüyündə isə Teymur Rəcəbov və Rauf Məmmədov mübarizə aparır. İlk oyunda onlar bərabərə qalıblar.
Qadınların yarışında yarımfinalda Günay Məmmədzadə dünən uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Digər qarşılaşmada Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva qüvvələrini sınayacaqlar.
Onların ilk oyunu heç-heçə nəticələnib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью