Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmadı

02.02.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib.

Modern.az məlumat verir ki, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib.

O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır.

Bundan əlavə, Teymur Rəcəbov Azərbaycan millisinin kapitanı kimi fəaliyyətinə davam etmək niyyətindədir. Onun kapitanı olduğu yığma ötən il Avropa çempionatında gümüş medal qazanıb.

Qeyd edək ki, Teymur Rəcəbov 2025-ci ilin əvvəlində Azərbaycan çempionatında iştirak edib. Yarımfinalda Rauf Məmmədova uduzan şahmatçı səhhətindəki problemə görə bürünc medal uğrunda görüşdə iştirak etməyib. ("Report")

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью