Təyyar Eyvazov yoluxucu xəstəliklərdən DANIŞDI

08.01.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İlk 48 saat ərzində xəstəliklərin yoluxuculuğu daha çoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, xəstəlik 3-5 gün davam edir.

T.Eyvazov qeyd edib ki, insanın immun sistemindən və ya virusun növündən asılı olaraq əlamətlər müxtəlifdir:

"Ümumi əlamətlərə tənəffüs yollarının zədələnməsi, ümumi halsızlıq, iştahsızlıq, boğaz ağrısı aiddir".

İnfeksionist nəzərə çatdırıb ki, bu infeksiyaların kliniki əlamətləri çox oxşardır və gedişata görə xəstəliyi müəyyən etmək olar.

"Qripin daha çox rast gəlinən fəsadları pnevmaniya və meningitdir".

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью