Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliyada təyyarə yük anbarında olan 132 hamsterin qaçması səbəbindən dörd gün havaya qalxa bilməyib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, noyabrın 13-də Lissabondan Portuqaliyanın Azor adalarına uçan təyyarə hamsterləri ev heyvanı mağazasına çatdırmaq üzrə olub.
Lakin Ponta Delqada hava limanına çatan zaman hamsterlərin olduğu qutuların zədələndiyi və boş olduğu müşahidə edilib.
Təyyarə təhlükəsizlik tədbirləri səbəbindən yerə endirilib və heyət 132 hamsteri tutmağa çalışıb.
Əməkdaşların onları tapması bir neçə gün çəkib. Bütün hamsterlər tutulduqdan sonra təyyarə heç bir sərnişin daşımadan Lissabona qayıdıb.
Roza Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.