Təyyarə avtomobil yoluna DÜŞDÜ

17.06.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Texas ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayaraq avtomobil yoluna düşüb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Hadisə Laredo şəhəri yaxınlığında iyunun 16-da yerli vaxtla saat 22:00 radələrində baş verib.

Yerli polis nümayəndəsi Xose Baezanın sözlərinə görə, təyyarənin göyərtəsində altı nəfər olub. Qəza nəticəsində bir nəfər həyatını itirib.

Yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Polis rəsmisi bildirib ki, təyyarənin və qalıqlarının ərazidən götürülməsi başa çatana qədər qəzanın baş verdiyi yol bağlanacaq.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью