Təyyarə binaya çırpıldı: Ölənlər var VİDEO

18.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

ABŞ-ın Havay ştatında kiçik təyyarənin hava limanı yaxınlığındakı binaya çırpılması nəticəsində iki nəfər ölüb.

Publika.az xəbər verir ki, ABŞ-ın Havay adalarının paytaxtı Honoluluda Daniel K. İnouye Beynəlxalq Hava Limanı yaxınlığında “Cessna 208” tək mühərrikli yük təyyarəsi təlim uçuşu zamanı binaya çırpılıb.

Dövlət rəsmiləri təyyarənin düşdüyü binanın boş olduğunu açıqlayıb. Qəza nəticəsində təyyarədə olan biri təlimatçı olmaqla 2 nəfərin öldüyü bildirilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

Aysel Şahmar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью