Təyyarə bu səbəbdən təcili eniş ETDİ

07.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də sərnişin təyyarəsi bortdakı tualetlərin əksəriyyətinin sıradan çıxması səbəbindən Nyu-Yorkda məcburi eniş edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Madrid-Dallas marşrutu üzrə uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə baş verib.

Bildirilib ki, təyyarədə 287 sərnişin olub və uçuşun ümumi müddəti 10 saatdan çox nəzərdə tutulub. Lakin uçuş zamanı təyyarədəki səkkiz tualetdən altısı işləməyib.

Bununla bağlı ekipaj dispetçerlərə məlumat verərək məcburi eniş üçün icazə istəyib. Məlumata görə, həmin vaxt təyyarədə dörd saatdan çox uçuşa kifayət edəcək yanacaq qalıb. Bu səbəbdən təyyarənin eniş çəkisi normadan yüksək olub və eniş zamanı əyləclərin həddindən artıq qızması riski yaranıb.

Buna baxmayaraq, pilotlar təyyarəni Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına uğurla endirə biliblər. Təyyarə burada təxminən üç saat qaldıqdan sonra Dallas istiqamətində uçuşunu davam etdirib.

Mütəxəssislərin sözlərinə görə, aviasiya tualetləri hava təzyiqi hesabına işləyən mürəkkəb sistemlərdir. Onlar müxtəlif səbəblərdən, o cümlədən tıxanma və texniki nasazlıq nəticəsində sıradan çıxa bilər.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью