Təyyarə çimərlikdə partladı Video

09.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyada şəxsi təyyarə şəhər çimərliyində partlayıb.

Teleqraf.com xəbər verir ki, partlayış anı videoya düşüb.

Braziliyanın Ubatuba şəhərindəki Qastao Madeyra hava limanında "Cessna Aircraft"a məxsus biznes təyyarəsi sürüşərək uçuş-enmə zolağından çıxıb. Təyyarə daha sonra çimərlikdə partlayıb.

Hadisə nəticəsində çimərlikdə istirahət edənlər də daxil olmaqla 7 nəfər xəsarət alıb. Təyyarənin pilotunu xilas etmək mümkün olmayıb.

Təyyarədə cəmi beş nəfər olub. Hadisə şahidləri sərnişinləri xilas edə bilib.

İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb pis hava şəraiti və uçuş-enmə zolağının yağışdan islanması olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью