Təyyarə dənizə düşdü 6 dəqiqəyə 6 nəfər...

10.06.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində kiçik bir təyyarə dənizə düşüb.

News24.az xəbər verir ki, səlahiyyətlilər təyyarənin 1970-ci il model Cessna 414 olduğunu və qəzanın dünən yerli vaxtla saat 12:45 radələrində baş verdiyini bildiriblər.

ABŞ Sahil Mühafizəsinin zabiti Rayan Qraves axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Onu da qeyd edək ki, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.

Pilot havaya qalxdıqdan sonra istiqamətini, hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini və təyyarənin 13 saniyə ərzində 1900 fut hündürlüyü itirdiyini bildirilib.

Məlumata görə, təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb. 

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью