Təyyarə dənizə düşdü 6 nəfər öldü

18.03.2025

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.

Manset.az xəbər verir ki, ilkin məlumata görə, 6 nəfər həyatını itirib.

Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.

Axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə çırpıldıqdan sonra alovlanıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью