Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Tatarıstan Respublikasında yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin həyətinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Hadisə saat 11:00 radələrində Şemordan kəndində, Kommunalnaya küçəsi 30 ünvanında baş verib. Məlumata görə, Cessna 172 tipli təyyarə yaşayış evinin ərazisinə düşüb.
Qəza nəticəsində evə və ətraf əraziyə ciddi ziyan dəyməyib, yerli sakinlər arasında xəsarət alan olmayıb.
Xilasedicilər təyyarədə olan pilot və sərnişinin hadisə yerində öldüyünü təsdiqləyiblər.
Qəzanın başvermə səbəbləri araşdırılır.