Təyyarə faciəsi bizi dərindən sarsıtdı Gürcüstan

25.12.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə xarici işlər qurumunun X sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

"Baş vermiş faciə bizi dərindən sarsıtdı. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar dərin kədər hissi keçirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Bu çətin anlarda ölkəmiz sizinlədir", - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью