TƏYYARƏ FİZİKİ VƏ TEXNİKİ KƏNAR MÜDAXİLƏ NƏTİCƏSİNDƏ QƏZAYA UĞRAYIB AZAL AzPolitika onlayn siyasiictimai qəzet

27.12.2024

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu barədə APA-ya AZAL-dan bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Bu səbəbdən də Bakıdan Rusiyanın hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью