Təyyarə gəmisində qəribə bir ritual: Niyə zabitlər çəkmələrini dənizə atırlar? | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ təyyarədaşıyıcı gəmilərində uzun illərdir davam edən ənənəyə görə, katapult zabitləri xidmətlərini başa vurduqdan sonra hərbi çəkmələrini katapult vasitəsilə dənizə göndərirlər.
Bu, onların gəmi ilə vida mərasiminin simvolik ifadəsi sayılır.
Qaynarinfo "Slash Gear"ə istinadən xəbər verir ki, katapult zabitləri - hərbi dildə "atıcılar” - milyonlarla dollar dəyərində döyüş təyyarələrinin havaya qalxmasını təmin edən şəxslərdir.
Xidmətləri başa çatanda isə simvolik mərasim keçirilir: onların çəkmələri katapultdan dənizə atılır.
Tarixçilərin ehtimallarına görə, bu ənənə 1950-ci illərdə buxar katapultlarının istifadəyə verildiyi dövrdən başlayıb.
Bu ritual hərbi qulluqçular üçün karyeralarının mühüm mərhələsinin başa çatmasını ifadə edir və sonuncu dəfə "gəmidən ayrılma” aktı kimi qəbul olunur.
Katapult zabitlərinin işi olduqca məsuliyyətli hesab olunur, çünki təyyarənin buraxılışına dair son qərarı məhz onlar verirlər.
Tam oxu
Xəbəri oxu