Təyyarə havada ikən tüstüləndi: 10 dan çox sərnişin zəhərləndi

12.03.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliyanın "Tap Air" aviaşirkətinə məxsus təyyarə havada ikən göyərtəsində tüstülənmə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Lissabon-London marşrutu ilə uçan təyyarə havaya qalxdıqdan az sonra baş verib.

Nəticədə göyərtədə olan 194 sərnişinin və ekipaj üzvlərinin bəziləri özlərini pis hiss etməyə başlayıblar. Pilot qəza siqnalı verdikdən sonra təyyarəni təcili Porto hava limanına endirib.

9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, 2 sərnişinə isə hava limanında yardım olunub.

Qeyd edək ki, tüstülənmənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью