Təyyarə havaya qalxarkən belə alovlandı VİDEO

19.10.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Peruda sərnişinləri olan təyyarə havaya qalxmağa hazırlaşarkən alovlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda “Shot” teleqram kanalının məlumat yayıb.

Belə ki, Limadakı Xorxe Çaves adına Beynəlxalq Hava Limanından havaya qalxmağa hazırlaşan “LATAM Airlines” şirkətinə məxsus “Airbus A320” təyyarəsinin sol mühərrikindən qəfil alovlar çıxmağa başlayıb.

Həmçinin partlayış səslərinin eşidildiyi bildirilir. Ekipaj üzvləri dərhal bütün sərnişinləri təxliyə ediblər.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik açıqlanmayıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью