Təyyarə motosikletlərin üzərinə düşdü: ölənlər var

11.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Keniyanın şimalında Malindi qəsəbəsində kiçik həcmli “Cessna 172” təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, Malindi qəsəbəsindən paytaxt Nayrobi istiqamətində havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən az sonra motosikletlərin olduğu ərazidə yerə çırpılıb.

Təyyarədə olan pilot, təlimçi və tələbə sağ qalıb, lakin üç motosiklet sürücüsü həyatını itirib.

Bundan əlavə, bəzi mənbələr təyyarə qəzaya uğramazdan əvvəl 3 nəfərin yerə atıldığı barədə məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью