Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. Ötən gün yayılan məlumatlara əsasən, "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyya
Qeyd edək ki, hələlik Rusiya rəsmiləri hadisəni şərh etməkdən yayınırlar.
Yəni nə üzr istəyir, nə də hadisədə günahı olanların cəzalandırılacağı ilə bağlı hər hansı açıqlama verirlər.
Bəs bu hadisə iki ölkə arasında münasibətlərə necə təsir edə bilər?
Mövzu ilə əlaqədar politoloq Qədir Aslan Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ bir çox həqiqətlərin üzə çıxmasına xidmət edəcək: "Bu kimi faciələr adətən dövlətlərin xarici siyasətində korrektələr etməsi ilə nəticələnir.
Bizim son dönəmdə Rusiya ilə olan münasibətlərimizdə ört-basdır etmək meylləri var idi.
Müəyyən mənfi məsələləri gözardı edirdik ki, dövlətin mənafeyi baxımından bizim üçün faydalı olsun.
Xüsusilə 2022-ci ildə imzalanan müttəfiqlik sənədinə hörmət edərək Azərbaycan tərəfi öz öhdəliklərini yerinə yetirdi.