Təyyarə qəzası: Elə bilirdik, onlar evdədir VİDEO

27.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan Əli və Xədicə Əlimirzəyevlər də həlak olublar.

Globalinfo.az bildirir ki, Sudurobada tək yaşayan bacı-qardaş valideynlərini illər öncə itiriblər.

22 yaşlı Əli və ondan 3 yaş kiçik Xədicənin qohumları deyir ki, onlar xaricə gedərkən heç kimə deməyiblər, ölüm xəbərləri yayılanda məlumatları olub: “Uşaqların burada, evdə olduğunu bilirdik. Kim bilirdi ki, onlar özbaşına çıxıb gedəcəklər? ”

Bacı və qardaşın təsərrüfatla, müxtəlif əl işləri hazırlamaqla dolandıqları bildirilir.

Onlar Qusar rayonunda dəfn ediləcək.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью