Təyyarə QƏZASI Hamı ÖLDÜ

05.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın Baden-Vürtemberq əyalətində iki nəfərlik yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü günorta saatlarında Qundelsheim şəhəri yaxınlığında baş verib.
Polisin məlumatına görə, təyyarə yaxınlıqdakı aerodroma enişə yaxınlaşarkən pilot naməlum səbəbdən enişi dayandırıb. Daha sonra təyyarə əvvəlcə hasara, ardınca ağaca və yaxınlıqdakı üzüm bağına çırpılıb. Qəza nəticəsində təyyarədə yanğın baş verib.
Təyyarədə olan hər iki şəxs həlak olub. Onların cəsədləri yanmış təyyarənin içərisində aşkarlanıb. İlkin məlumata görə, təyyarədə başqa şəxslərin olduğuna dair hər hansı əlamət yoxdur.
Həlak olan şəxslərin kimliyi hələ müəyyən edilməyib. Təyyarənin mənşəyi də məlum deyil. Yanğın nəticəsində onun qeydiyyat nömrəsi oxunmaz vəziyyətə düşüb.
Polis və qəza üzrə mütəxəssislər hadisənin səbəblərini araşdırırlar. İlkin ehtimallar arasında pilot səhvi və texniki nasazlıq da var./ajansaz
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью