Təyyarə qəzası ilə bağlı briqadalar cəlb olunub Qazaxıstan SN

25.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.

Globalinfo.az bidirir ki, bu barədə APA-ya Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью