Təyyarə qəzası ilə bağlı bu fikirlərin ciddi əsası yoxdur Deputat | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çox ağır bir faciə baş verib, hər iki qardaş xalqı sarsıdan hadisədir". Bunu Demokrat.az-a millət vəkili Azər Allahverənov deyib.
O bildirib ki, çox təəssüflər olsun ki, bu mövzu ətrafında da biz geniş spekulyativ söhbətlərin tirjalandığını görürük:"Müəyyən konspiroloji fikirlər dilə gətirilir.
Rəsmi qurumlarım qəza ilə bağlı yaydıqları ilkin məlumatlar var.
Nə qədər şübhəli məqamlar olsa da, rəsmi orqanların yaydıqları məkumatlara istinadlar olunmalıdır.
Bundan kənar verilən rəylər qeyri-peşəkar səslənə bilər. Çünki bütün məlumatlara rəsmi strukturlar malikdilər.
Onlar qəzanın baş verdiyi yerdə zəruri tədbirlər həyata keçirirlər.
Əgər həmin spekulyativ şəkildə müəyyən konspiroloji fikir yürüdən şəxslərin əsaslandırmalarına baxsaq görərik ki, onların əlində ciddi bir əsas yoxdur.
Tam oxu
Xəbəri oxu