Təyyarə qəzası Qazaxıstanı hərəkətə keçirdi: görün hansı addımı atacaqlar

04.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) reysinin Aktau yaxınlığında qəzaya uğramasından sonra Qazaxıstanda hava limanları və təyyarələrin plandankənar yoxlanılması həyata keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi açıqlama verib.

“Qazaxıstanın Aviasiya Administrasiyası hava limanlarının və təyyarələrin texniki vəziyyətinin plandankənar auditini həyata keçirəcək, həmçinin Qazaxıstan aviaşirkətlərinin təyyarələrinin ekipajlarının ixtisasını, icazələrini və səriştəsini yenidən yoxlayacaq”, - deyə məlumatda bildirilir.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью