Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” yayıb.
Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.
Raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib.