Təyyarə qəzasında həlak olan 26 yaşlı gəncin atası: Özünə isti paltarlar almışdı ki, ora soyuqdur

26.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, atası Mahir İbrahimov bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş.

"Subay idi, qardaşı qəza ilə bağlı sosial şəbəkələrdən öyrənib, mən də televiziyada gördüm. Hamı təlaşla ora-bura qaçırdı, baxdım ki, oğluma oxşayanlar var amma seçə bilmədim. Özünə isti paltarlar almışdı ki, ora soyuqdur. Axşam da yola saldıq, getdi. Sonuncu dəfə 8 radələrində danışdıq, dedi ki, gömrüyü keçib, təyyarəni gözləyir".

Ətraflı süjetdə:

Təyyarə qəzasında həlak olan 26 yaşlı gəncin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью