Təyyarə qəzasında həlak olan bacıqardaş bu gün dəfn ediləcəklər | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin dəfn mərasimi keçiriləcək.
Modern.az-ın məlumatına görə, bacı-qardaşın cənazələri Qusar rayonuna çatdırılıb. Dəfn mərasimi bu gün saat 12-də baş tutacaq.
Qeyd edək ki, gənclərin ata və anası da vəfat edib. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu