Təyyarə qəzasında həlak olanlar üçün Astanada ehsan verilib AZƏRTAC

29.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Astana, 29 dekabr, AZƏRTAC

Astanada, “Azərbaycan Hava Yolları”na məxsus Bakı–Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzasında həlak olmuş paytaxt sakinləri Qauxar Şaymerdenova və Eldar Jumaqat üçün ehsan mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov onların ailə üzvlərinə başsağlığı verib.

Səfir həmçinin bu faciəvi günlərdə həmrəylik göstərən və kədəri bölüşən dost və qardaş qazax xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Astananın tanınmış notariusu Qauxar Şaymerdenova və onun 11 yaşlı oğlu Eldar Jumaqat olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью