Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Lənkəranda ehtiramla anılıb AZƏRTAC | Icma…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran, 26 dekabr, İlkin Adıyev, AZƏRTAC Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həyatını itirənlərin xatirəsi ölkənin hər yerində olduğu kimi, Lənkəran şəhərində də dərin hüznlə anılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da Lənkəran şəhərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb, vətəndaşlar bir dəqiqəlik sükutla həlak olanlara ehtiram göstəriblər.
Şəhər ərazisində matəm əlaməti olaraq dövlət bayraqları yarıya qədər endirilib.Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəzada həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu