Təyyarə qəzasında ölən bacıqardaş Qusar sakinləridir

26.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təyyarə qəzasında ölənlərdən iki nəfər Qusar sakindir.

"Unikal" xəbər verir ki, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.

Faktı Qusar Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanı yaxınlıqında qəzaya uğrayıb.

Xanlar Qaraca


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью