Təyyarə qəzasında Qusar sakini olan bacıqardaş da həlak olub

26.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Təyyarə qəzasında iki Qusar sakininin də öldüyü məlum olub.

Lent.az xəbər verir ki, Qusar rayin İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzovun verdiyi məlumata görə, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью