Təyyarə qəzasını araşdıran komissiyanın statusu artırılır

28.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Aktau yaxınlığında baş verən təyyarə qəzasını araşdıran komissiyanın statusu artırılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, Aktauda baş verən aviasiya qəzasını araşdıran komissiyaya bundan sonra nəqliyyat naziri Marat Karabayev rəhbərlik edəcək. 

"Bu barədə qərar bu gün verilib. Yəni, biz bu komissiyanın statusunu nazir səviyyəsinə qaldırırıq", - Kanat Bozumbayev açıqlayıb. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью