Təyyarə qəzasının “hərbi hissəsi” məxfiləşdirilib | Icma.az
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az Rusiyanın “ВЧК-ОГПУ” Teleqram-kanalına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq tədbirləri Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən həyata keçirilir.
“Təyyarəyə raket zərbələri endirən “Pantsir” zenit-raket kompleksinin heyəti şöbə rəisi tərəfindən dindirilib.
Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir.
Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur”, - Rusiya telegr
Mənbənin dediyinə görə, təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır.
Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi.
Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznı hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb.
Tam oxu
Xəbəri oxu