Təyyarə qəzaya uğradı 5 nəfər öldü

25.03.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Somalinin paytaxtı Moqadişonun cənub-qərbində təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Manset.az xəbər verir ki, bu barədə Somali  Mülki Aviasiya Təşkilatından (SCAA) verilib.

Verilən açıqlamaya görə, dünən Somalinin cənubundakı Dhobley hava limanından Moqadişudakı Aden Abdulle Beynəlxalq Hava Limanına hərəkət edən DHC-5D Buffalo model təyyarəsi Moqadişunun təxminən 24 kilometr cənub-qərbində qəzaya uğrayıb.

Baş verən qəzada beş Keniyalı ekipaj üzvü həyatını itirib.

Somali hökuməti verdiyi açıqlamada qəzanın səbəblərinin müəyyən edilməsi üçün ilkin araşdırmaya başlanıldığını və hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью