Təyyarə qəzaya uğradı Sağ qalan yoxdur

05.09.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Moskva vilayətinin Luxovitsı şəhərində şəxsi yüngülmühərrikli təyyarə idarəetmədə yaranan problem səbəbindən qəzaya uğrayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a regionun fövqəladə hallar xidmətlərindən məlumat verilib.

"Luxovitsıda, İlyasovo kəndində "Aviatika" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, göyərtədə bir pilot olub. O, ölüb", - məlumatda bildirilir.

Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər, hadisənin təfərrüatı və mümkün fəsadlar aydınlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью